"XalqBank" qazinin evinə həbs qoydu, Mehriban Əliyeva dərhal geri qaytardı
2014-cü ildə "Xalq Bank”dan aldığı krediti ödəyə bilməməsi səbəbindən dövlət tərəfindən verilən evinə həbs qoyulan Qarabağ qazisi Qurban Qurbanovun evini Birinci vitse-prezident Mehriban Əliyeva geri qaytarıb.
REPORTYOR.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı şairə-yazar Səbinə Yusif qeyd edib. O bildirib ki, Mehriban Əliyeva Qarabağ qazisinin problemini tez bir zamanda aradan qaldırıb.
"Səsimizə Birinci vitse-prezident Mehriban Əliyeva səs verdi. Heydər Əliyev Fondu Qarabağ qazisi Qurban Qurbanovun evini geri qaytardı. Hörmətli Prezidentimiz İlham Əliyev, hörmətli Birinci vitse-prezidentimiz Mehriban Əliyeva, sizə Qarabağ qaziləri adından, qazaxlılar adından dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, ikinci qrup əlil olan Qarabağ qazisi Qurban Qurbanov həyat yoldaşının və oğlunun xəstəliyi səbəbindən 2014-cü ilin oktyabrında dövlət tərəfindən ona verilən evi girov qoyaraq, "Xalq Bank” 13 min manat kredit götürüb. Lakin o, bir müddət sonra kreditin 5 min manatını ödəyə bilmədiyi üçün evinin üzərinə həbs qoyulub.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 1-11-2019, 14:40