mobil versiya

Səməd Səmədovdan danışan Sevda Əliqızı göz yaşlarına boğuldu - VİDEO




Müğənni Sevda Əliqızı “Səhər-səhər” proqramının qonağı olub.

REPORTYOR.AZ xəbər verir ki, sənətçi bir neçə gün əvvəl vəfat edən mərhum Xalq artisti Səməd Səmədovdan danışıb.

Sevda keçmiş duet ortağından danışarkən göz yaşlarına hakim ola bilməyib. O, Xalq artistinin vəfatının onun üçün çox ağır olduğunu bildirib:

“O hadisədən iki gün əvvəl biz Turalla ev şənliklərindən birində rastlaşdıq. O dedi ki “Sevda xanım, xəbəriniz var? Səməd bəy xəstədi, virusa yoluxub”. Səməd o qədər pozitiv insan idi ki, adam inana bilmirdi. Mən ona bu xəstəliyi yaraşdırmadım. Sonra onunla əlaqə saxladım, gördüm, xırıltılı səslə danışır.

Dedi, “Seva, koronaya yoluxmuşam”. Dedim, "fikir eləmə, tezliklə sağalacaqsan". Sonra onun ölüm xəbərini verdilər. Həmin andan özümə yer tapa bilmirəm. Telefonlara cavab verməyə halım yoxdur. Onunla 15 il duet ortağı olmuşuq. Ondan əvvəl də ailəvi dost idik. Onun vəfatı mənim üçün çox ağırdır”.


SON XƏBƏR / KARUSEL
Tarix: 29-07-2021, 15:00