mobil versiya

Samir Cəfərov: “Sevda Ələkbərzadənin tamaşaçısı yoxdur” - VİDEO



“Hazırda avropalılar, ümumiyyətlə dünya üçün Sevda Ələkbərzadə qədər maraqlı ifaçı ola bilməz və yoxdur. Kimsə çıxsın səhnəyə bütün dünyanı lərzəyə gətirsin, ola bilməz. Sevda Avropa, dünya estrada janrını mənimsəyib, muğam janrını da əlavə edə bilir”.

Bu sözləri Xalq artisti Samir Cəfərov “Mtv” kanalında yayımlanan "Üzə-düz" verilişində deyib. Sənətçi Əməkdar artist Sevda Ələkbərzadənin zövqündə tamaşaçı olmadığını bildirib:

“Azərbaycan estradasını dünyada təmsil edəcək müğənni Sevda Ələkbərzadədir. İkinci bir şəxs görmürəm. Sevda Ələkbərzadə onların edə bilmədiklərini edir, hətta onlardan da yaxşı edir.

Bu gün onun maddiyyatı güclü olsaydı, indi onun şöhrəti bütün dünyaya yayılmışdı. Sevda Ələkbərzadənin tamaşaçısı yoxdur. Onun zövqündə tamaşaçı yoxdur, nə etmək olar?”





SON XƏBƏR / KARUSEL
Tarix: 23-06-2021, 16:00