mobil versiya

Cinsiyyətini dəyişən dicey məşhur müğənni ilə evlənir — VİDEO




Əməliyyat olmadan cinsiyyətini dəyişən DJ Doruk Doğrusöz və sevgilisi müğənni Sevda Dəmirəlin sevgi münasibətləri yenidən gündəmə gəlib.
 
“Ölkə.Az” xəbər verir ki, bu yaxınlarda evlənmək qərarına gələn cütlük evlilik təklifi ilə yenidən diqqətləri öz üzərlərinə çəkiblər.
Doğrusöz Sevda Dəmirəlin çıxış etdiyi yerdə səhnəyə çıxaraq, ona evlilik təklif edib. O,  Sevda Dəmirələ romantik sözlər söyləyib. Doğrusöz çıxışında:

"Gəl ən yaxşı və ən pis günlərimizi birlikdə keçirək. Mənimlə evlən. Mən sənə yalnız soyadımı vermirəm, həyatımı da verirəm", -deyib.    
Sevda Dəmirəl sevgilisinin sualına "Bəli" deməklə evlənmək təklifini qəbul edib.

Dəmirəl bir gün əvvəl verdiyi açıqlamada, 14 fevralda sevgilisi ilə nişanlanacağını söyləyib.



MARAQLI / SON XƏBƏR / KARUSEL
Tarix: 14-02-2020, 12:15