Manaf Ağayev: "Dəliyəm ki, bu yaşa gəlib özümü söydürüm?" - VİDEO
Müğənni Manaf Ağayev sosial şəbəkədə yeni video yayımlayıb.
BAKU.WS xəbər verir ki, sənətçi bir müddət əvvəl verilişilərin birində söylədiyi "Müğənninin metrodan istifadə etməsi doğru deyil” fikirinə aydınlıq gətirib:
"Məni tanıyan bilir ki, hər zaman yetim-yesirin, kasıbın yanında olmuşam. Özüm kasıb olmuşam, ona görə kasıba yuxarıdan aşağı baxmaram. İki sevdiyim nəqliyyat növü var. Biri metro, digəri təyyarədir.
Gəncliyim metroda keçib. Universitetdə oxuyanda metro ilə gedib gəlmişəm. İndi də qohum-əqrabam metrodan istifadə edir. Guya metrodan istifadə edəni təhqir etmişəm. Demək, öz nəslimi təhqir etmişəm?
Mənimkilər hamıdan çoxdur. Dəliyəm ki, bu yaşımda belə söz deyim? Dörd il əvvəl Tolikin verilişində dedilər ki, bizim müğənnilərdən biri metroya minmədiyini bildirib. Cavab verdim ki, metro çox gözəldir. Amma nə dərəcədə düzgündür ki, tanınmış müğənni toy geyimində, salondan çıxıb, metroya minib, tədbirə getsin. Baxan deyəcək 2-3 manatı yoxdur bunun taksiyə minib getsin? Təhqirdi bu?
Bilirəm bunu kim edir. Neçə vaxtdır mənim üstümdə qara piar gedir. Bunun sonu yaxşı olmayacaq. Əsəbim yerində deyil. Bu yaşa gəlib özümü söydürüm? Mən belə söz deməmişəm".
SON XƏBƏR / KARUSEL
Tarix: 15-09-2021, 20:00