Bakıda kişi qayınata və qayınanasını bıçaqladı
Bakının Sabunçu rayonunda ər və arvad bıçaqlanaraq ağır xəsarətlər alıblar.
REPORTYOR.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində baş verib.
1949-cu il təvəllüdlü Əliyev Müzəffər Gülhüseyn oğlu və onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Əliyeva Kəklik Ağasalah qızı kürəkənləri tərəfindən əvvəlcə döyülüblər.
Daha sonra kürəkən qayınanasına 6, qayınatasına isə üç bıçaq xəsarəti yetirib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 21-09-2021, 09:23