mobil versiya

Kişi arvadını döyüb diri-diri yandırdı




Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadını benzin tökərək yandırmaqda təqsirli bilinən Ceyhun Firuz oğlu Xudabaxışovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

REPORTYOR.AZ
"ölkə.az"a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası dekabr ayının 18-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin may ayında Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Dadaşov küçəsində baş verib.
1981-ci il təvəllüdlü Ceyhun Firuz oğlu Xudabaxışov qeyri-rəsmi nikahda yaşadığı 1984-cü il təvəllüdlü Raziyə Arif qızı Aslanovanın başına zərbə vurduqdan sonra onun üzərinə benzin tökərək yandırıb.

Ağır dərəcəli bədən xəsarəti alan qadın 5 saylı xəstəxanaya çatdırılıb.

C.Xudabaxışova Cinayət Məcəlləsinin 126.2.4-cü ( ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 10-12-2019, 21:00