mobil versiya

Kamil Zeynallıdan duyğulandıran paylaşım - VİDEO




İdmançı Kamil Zeynallı sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, Zeynallı instaqram hesabında II Qarabağ müharibəsi zamanı hərbçilərlə çəkilən görüntülərini yayımlayıb.

O, həmin hərbçilərlə müharibədən sonra da video çəkərək paylaşıb.

Zeynallı əvvəl lentə alınan videodakı hərbçilərin bəzilərinin şəhid olduğunu bildirib:

“İgidlərimiz Cəbrayılda döyüşə girirdilər. Həmin vaxt Cəbrayıldan Füzuliyə qayıdırdım. Yolda bir qrup hərbçi ilə qarşılaşdım. Onların olduğu avtobusa girdim və video çəkdik. Eyni videonu indi də çəkirəm. Amma o igidlərdən bəziləri artıq şəhid olub. Allah şəhidlərimizə rəhmət etsin!”
Kamilin bu paylaşımı sosial şəbəkə istifadəçilərinə kövrək anlar yaşadaraq onları duyğulandırıb. Görüntüləri qısa müddətdə 70 mindən artıq istifadəçi bəyənib.





SON XƏBƏR / KARUSEL
Tarix: 30-09-2021, 17:00