mobil versiya

Həbsdən çıxan Kamil Zeynallını evində belə qarşıladılar - VİDEO



Xəbər verdiyimiz kimi, karantin qaydalarını pozan məşhur fitnes məşqçi Kamil Zeynallı bu gün saat 18 radələrində azadlığa çıxıb.

Oxu.Az xəbər verir ki, mayın 12-sində həbs olunub 10 sutka inzibati həbs cəzasını başa vuran Kamil azadlığa çıxdıqdan sonra yaşadığı evə gedib.

İdmançını evdə anası Sahilə Zeynalova qarşılayıb. Kövrək anlar yaşayan Zeynallı eyni zamanda qızı Sahilə ilə də görüşüb.
Həbsdə olduğunu qızından gizləyən məşhur idmançı ona “Gör, İstanbuldan sənə nə almışam?” deyərək, ona böyük qutuda aldığı oyuncağı hədiyyə edib.

Daha sonra K.Zeynallı ailəsi və yaxınları ilə birgə masa arxasında əyləşərək, şam yeməyi yeyib. Diqqət çəkən məqam isə çəkilib, sosial şəbəkədə paylaşılan görüntülərdə Kamilin həyat yoldaşı Gülay Zeynalovanın gözə dəyməməsi olub.



MARAQLI / SON XƏBƏR / KARUSEL / ÖLKƏ / VİDEOXƏBƏR / REDAKTOR SEÇİMİ
Tarix: 23-05-2020, 10:00