mobil versiya

Sığınacaqda xınayaxdı məclisi keçirildi - VİDEO




"Azərbaycan Uşaqları İctimai Birliyi"nin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yeni paylaşım edib.

REPORTYOR.AZ xəbər verir ki, Ağazadə sığınacaqda təşkil edilən xınayaxdı mərasiminin götüntülərini yayımlayıb.

Kəmalə orada çalışan Nərmin adlı qızın xınası olduğunu və ailə həyatı qurduqdan sonra xaricdə yaşayacağını bildirib:

“Evlərdən sevinc, gülüş, musiqi səsi gəlsin. Allah hər kəsin balasını xoşbəxt etsin, əli xınalı olsun. Nərmin bizim könüllü işçimizdir. Arzusu sığınacağımızda uşaqlarımızla birgə "xınayaxdı" şənliyi keçirmək idi.

Bir neçə gündən sonra ailə həyatı qurub, başqa bir ölkədə yaşayacaq. Sevgi dolu qızdır. Allah sənin sevgini ailəndən, doğmalarından, ətrafından əskik etməsin. Bir ömür xoşbəxt həyat sürəsən”.

Xınayaxdı maraqlı və kövrək anlarla yadda qalıb. Görüntülər sosial şəbəkələrdə də paylaşılaraq yayılıb. 


SON XƏBƏR / DÜNYA
Tarix: 6-10-2021, 10:45