mobil versiya

Kəmalə Ağazadə: "Nərminin anası nəsə bilir və qorxur" - FOTO



"Azərbaycan Uşaqları İctimai Birliyi"nin sədri Kəmalə Ağazadə vəhşicəsinə qətlə yetirilən 10 yaşlı Nərminin anasını ittiham edib.

REPORTYOR.AZ
xəbər verir ki, ananın Bakıda ev istəməsi hüquq müdafiəçisini dilə gətirib və o sosial şəbəkədə paylaşdığı fikirlərində ananı cinayət haqqında hansısa məlumatı olduğunu və hansısa səbəbdən gizlətdiyini bildirib:

“Balası öldürülən ananın qorxusu nədir? Ordakılar qorxsun, bu hadisəni bilib, təxmin edənlər, bilib susanlar, ört-basdır edənlər qorxsun, çəkinsin. Sənin qorxu dediyin nədir, ay ana? Bəlkə nələrisə bilib, ört-basdır edənlərin sənin üzünə vuracaqları nəsə var? Nədir qorxun?

İnsanın ailəsi, həyatı təhlükədə olanda ev istəmir, müdafiə, mühafizə istəyir. Bəlkə doğrulardan qaçırsan? Bəlkə Nərminin ruhunun o kənddə, o evdə səni qarabaqara gəzib, "ay ana, niyə belə oldu?" sualına cavab verməmək üçün köçürsən? Amma Nərmin cismən o kənddə qalsa da, ruhən səni hər yerdə izləyəcək, arayacaq”.


MANŞET / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 16-01-2020, 16:00