Nazirlikdən “Facebook”, “Instagram” və “WhatsApp”da yaranmış problemlə bağlı AÇIQLAMA
Məlum olduğu kimi, ötən gün bir neçə saat ərzində “Facebook”, “Instagram” və “WhatsApp” istifadəçiləri adıçəkilən platformalara daxil ola bilməyiblər.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, “Facebook” şirkətinin verdiyi açıqlamaya əsasən, “Facebook”, “Instagram” və “WhatsApp” xidmətlərinin göstərilməsində dayanmalara konfiqurasiyada səhvən edilən dəyişiklik səbəb olub.
Şirkətin data mərkəzləri arasında trafiki təşkil edən əsas şəbəkə qurğularının konfiqurasiyasında edilən dəyişikliklər daxili sistem və şəbəkələrə təsir edib və bərpa prosesini çətinləşdirib.
“Hazırda istifadəçilərin məlumatlarının sızmasına dair hər hansı sübut yoxdur.
Bu istiqamətdə əlavə hər hansı yenilik olarsa, ictimaiyyəti məlumatlandıracağıq”, - deyə məlumatda bildirilib.
SON XƏBƏR / KARUSEL
Tarix: 5-10-2021, 12:00