“Facebook”, “WhatsApp” və “Instagram” nə vaxta qədər İŞLƏMƏYƏCƏK? - VİDEO
“Facebook”, “WhatsApp”, “Instagram” sosial şəbəkələrinin işində yaranan problem istifadəçilərin ciddi narazılıqlarına səbəb olub.
BAKU.WS "Independent"ə istinadən xəbər verir ki, "Facebook"un idarəetməsi altında olan hər 3 sosial şəbəkədə yaranan problem saat 17:00-dan (Bakı vaxtı ilə 20:00) öncə baş verdi. Daha sonra isə "Facebook Messenger" və "Workplace" fəaliyyətini dayandırdı.
Bu da bəllidir ki, hər 3 şirkət problemin nədən qaynaqlandığını bilmir.
Xatırladaq ki, bu ilin aprel və iyun aylarında da sosial media nəhənglərinin işində anidən nasazlıq yarandı və məsələnin "şəbəkə konfiqurasiya problemindən qaynaqlandığını" açıqladılar.
Bəs problemin hazırda nədən qaynaqlandığı ilə bağlı hər 3 sosial şəbəkə öz istifadəçilərinə nə deyir?
Əvvəla onu qeyd edək ki, hər 3 sosial şəbəkə problemin səbəbini fərqli izah edir. "WhatsApp"ın "Twitter"dəki hesabında isifadəçilərə aşağıdakı müraciət edilib:
"Bəzi şəxslərin hazırda "WhatsApp" ilə bağlı problem yaşadığını bilirik. Hər şeyi normal vəziyyətinə qaytarmaq üçün çalışırıq və ən qısa zamanda yeniliklərlə bağlı burada məlumat verəcəyik".
“Instagram” istifadəçilərinə olan müraciətdə baş verənlərə anlayışla qarşılamalarını bildirdi:
"“Instagram” və dostlarınız hazırda bir az çətin anlar yaşayır, istifadə zamanı (“Instagram”ı - red) problemləriniz ola bilər. Səbrli olun, problemi həll etməyə çalışırıq".
"Facebook"un siyasi işlər üzrə direktoru Andy Stonun istifadəçilərə müraciəti isə belə olub:
"Bəzi insanların tətbiq və məhsullarımıza daxil olmaqda çətinlik çəkdiyini bilirik. İşləri mümkün qədər tez normal vəziyyətə qaytarmağa çalışırıq və narahatlığa görə üzr istəyirik".
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 4-10-2021, 22:11