mobil versiya

FHN-in xəstəxanasında müğənninin atası soyuldu - VİDEO




Müğənni Nicat Məhərrəmov atasının koronavirusa yoluxduğunu və hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) modul tipli xəstəxanasına yerləşdirildiyini bildirib.

REPORTYOR.AZ oxu.az-a istinadən xəbər verir ki, sənətçi atasının xəstəxanada üzərində olan pullarının, bank kartlarının və ev açarlarının oğurlandığını iddia edib.

O, FHN-ə müraciət etdiyini, ancaq şikayətinə baxılmadığını bildirib:

“Atam insult keçirib, hospitalda yatırdı. Sonra koronavirusa yoluxduğu üçün sentyabrın 21-də Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasına yerləşdirdik.

Təəssüf ki, sentyabrın 23-də atamın üzərində olan pul, ev açarları, sənədlər və bank kartları yoxa çıxıb. Həmin xəstəxana “qırmızı zona” olduğu üçün, heç bir xəstə yaxını girə bilmir.

Bunu ya həkim, ya xadimələr, ya da başqa işçilər edib. Xəstəxanada özbaşınalıq olub. Şikayət etmişəm, amma hələ də deyirlər ki, araşdırma gedir.

Atam 41 il hüquq-mühafizə orqanlarının işçisi olub. Belə özbaşınalıq, vicdansızlıq olmaz ki, xəstə cibindən əşyaları götürülsün”.


SON XƏBƏR / KARUSEL
Tarix: 12-10-2021, 15:30