mobil versiya

Səyyad Əlizadənin son durumu açıqlanıb




Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin səhhəti ağır olaraq qalır.

Bu haqda sənətçinin kürəkəni Razim Qarayev məlumat verib. O bildirib ki, hələ ki səhhətindən heç bir irəliləyiş yoxdur:

“Səhhəti dünənki kimidir. Həkimlər dedilər ki, ola bilsin onu bu gün süni tənəffüs aparatından ayırsınlar. Onun qan təzyiqi, şəkərini normada saxlamağa çalışırlar. Həyat yoldaşı da onunla eyni xəstəxanadadır. Onun vəziyyəti yaxşıdır. Hazırda müalicə alır”.

Qeyd edək ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığdakı modul tipli xəstəxanasından müğənninin 80% oksigen dəstəyi aldığı haqqında məlumat verilib.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 15-09-2021, 10:00