Ağcabədidə paltarı dəzgaha ilişən gəncin boynu sındı
Ağcabədi rayonunda pambıq zavodunda işçi ağır xəsarət alıb.
REPORTYOR.AZ “Report”a istinadən xəbər verir ki, həmin zavodda işləyən 1995-ci il təvəllüdlü Mehralıyev Amil Aqil oğlunun paltarı iş yerində elektrik dəzgahına ilişib.
Nəticədə o ağır bədən xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya aparılıb.
Həkim müayinəsindən sonra Amil Mehralıyevə boyun fəqərəsinin sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdrıma aparılır.
SON XƏBƏR / KARUSEL
Tarix: 18-10-2021, 11:00