mobil versiya

Keçmiş bank müdiri çardaqdan yıxıldı - Xəstəxanalıq oldu



Mingəçevirdə keçmiş bank müdiri fərdi təsərrüfatda iş görərkən ağır xəsarət alıb.

Reportyor.az ölkə.az-a istinadən xəbər verir ki, 1952-ci il təvəllüdlü Qəzənfər Musayev tənək çardağından yıxılıb və ağır bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. İlkin müayinə zamanı onun bel sümüyündə və boyun fəqərəsində sınıqlar qeydə alınıb.

Qeyd edək ki, Qəzənfər Musayev uzun müddət “Texnikabank”ın Mingəçevir filialının müdiri vəzifəsində çalışıb.
MANŞET / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 5-10-2019, 23:30