mobil versiya

Qaxda bir ailənin 2 üzvü göbələkdən zəhərləndi, ölən var




Qax rayonunda zəhərlənmə hadisəsi baç verib.

REPORTYOR.AZ “Report"a istinadən xəbər verir ki, hadisə Tasmalı kəndində qeydə alınıb.

Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Məlumata görə, 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.
SON XƏBƏR / KARUSEL
Tarix: 20-10-2021, 10:00