Vilayət Eyvazovdan yüksək vəzifəyə TƏYİNAT
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
REPORTYOR.AZ “oxu.az”a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Səttar Əliyev Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə şöbə rəisi təyin edilib.
O, bu təyinata qədər həmin idarədə baş əməliyyat müvəkkili kimi çalışıb.
Qeyd edək ki, bir müddət əvvəl Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Mahir Məmmədov vəzifəsindən azad edilərək həmin idarəsinin rəis müavini təyin edilib.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 20-10-2021, 22:00