mobil versiya

Vilayət Eyvazovdan yeni təyinatlar



Daxili işlər orqanlarında yeni təyinat olub.

REPORTYOR.AZ APA-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 24-01-2020, 09:00