COVID-19 öskürəyini fərqləndirməyin yolu açıqlanıb
Britaniyalı həkimlər COVID-19 öskürəyini fərqləndirməyin yolunu açıqlayıblar.
REPORTYOR.AZ "oxu.az"a istinadən xəbər verir ki, həkimlər koronavirus xəstələrinin təxminən 68 faizinin quru öskürəkdən şikayətləndiyini bildirib.
Bunun COVID-19-un ikinci ən çox görülən simptomu olduğu qeyd edilib.
Həkimlər koronavirusda adətən bəlğəmsiz, ağciyərlərdən gələn dərin öskürək müşahidə edildiyini vurğulayıblar.
Eyni zamanda həkimlər quru öskürəyin heç də həmişə koronavirus əlaməti olmadığını əlavə ediblər.
“Buna allergiya, astma və digər tibbi xəstəliklər, həmçinin havanın quruluğu və ya siqaret çəkmə səbəb ola bilər”, - deyə elm adamları bildiriblər.
Onların sözlərinə görə, yalnız simptomlara əsaslanaraq soyuqdəyməni koronavirusdan müstəqil olaraq ayırd etmək çox çətindir. Bununla əlaqədar olaraq, onlar insanlara özünü diaqnostika ilə məşğul olmamağı və testdən keçməyi məsləhət görüblər.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 22-10-2021, 10:30