Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər prokurorluğa göndərilib
Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 6/26 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Səbri Qədirov tərəfindən kəsildiyi və təbiətə 2 200 manat məbləğində ziyan dəydiyi məlum olub:
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Nərimanov Rayon Prokurorluğuna göndərilib”.
SON XƏBƏR / KARUSEL
Tarix: 16-11-2021, 16:00