mobil versiya

Gəncədə qəzada dünyasını dəyişən idmançı-polisin qardaşı XTQ zabitidir - FOTO/VİDEO




Gəncədə yol qəzasında dünyasını dəyişən polis baş serjantı Renat Əliyevin qardaşı Xüsusi Təyinatlı Qüvvələrin zabiti Nizami Əliyevdir.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə "oxu.az"-a Azərbaycan Pauerliftinq Federasiyasının baş katibi Hafiz Verdiyev məlumat verib.

“O, 2014-cü ildə Bakıda keçirilmiş Avropa çempionatının “bench press” növü üzrə qalibi olub. İdmançı 90 kq çəki dərəcəsində çıxış edirdi. Dəfələrlə respublika çempionu olub. O, idman ustası olub.

Gəncədə Mühafizə Polisinin əməkdaşı idi. Onunla yaxın zamanda danışmışdım.

Qardaşı Nizami Əliyev “Yaşma”nın zabitidir, polkovnik-leytenantdır. Ölkə prezidenti tərəfindən mükafatlandırılıb.

Məndə olan məlumata görə, xidməti maşınları mağazaya çırpılanda onun hava yastığı açılmayıb. Ona görə də sürücüdən fərqli olaraq, o, dünyasını dəyişib”.

Qeyd edək ki, Gəncə Şəhər Regional Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albea” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirib və küçədə yerləşən mağazalardan birinə çırpılıb.

Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib.




SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 24-11-2021, 12:41