Gəncədə hündürlükdən yıxılan şəhid qardaşı vəfat etdi
Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun hündürlükdən yıxılaraq ağır xəsarət alan qardaşı Pərviz İsgəndərov vəfat edib.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə APA-ya onun əmisi oğlu Vəli İsgəndərov məlumat verib.
Məlumata görə, Pərviz İsgəndərov həkimlərin səyinə baxmayaraq, müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşı, 38 yaşlı Pərviz İsgəndərov sentyabrın 25-də yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılaraq xəsarət alıb. O, ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanaların birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 8-10-2021, 13:14