mobil versiya

Ali məktəbin rüşvətə görə təqsirləndirilən sabiq əməkdaşına hökm oxunub



Azərbaycan Texniki Universitetinin sabiq əməkdaşı Kifayət Quliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

REPORTYOR.AZ
“report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin (CM) 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

K.Quliyevanın barəsində CM-nin 79.1-ci (hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) maddəsi tətbiq edilməklə, himayəsində olan 2015-ci il təvəllüdlü övladı 14 yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınıb.

Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.

İttihama görə, Azərbaycan Texniki Universitetinin Tədris hissəsinə dispetçer və mütəxəssis vəzifəsində çalışmış K.Quliyeva həmin universitetdə təhsil almış tələbələrdən 2019-cu ildə kəsr imtahanları üzrə məqbul qiymətlərin yazılmasına köməklik göstərməsi üçün rüşvət alıb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan qadının barəsində CM-nin rüşvət verməyə təhrik etmə maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründü K.Quliyeva tələbələrdən aldığı pulları geri qaytarıb.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 25-11-2021, 10:15