mobil versiya

Arvadını boğaraq öldürən şəxs 12 il azadlıqdan məhrum edildi




Zərdabda arvadını boğaraq öldürməkdə təqsirləndirilən Məhərrəm Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

REPORTYOR.AZ Trend-ə istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində Rafael Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Aslanov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il mart ayında rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Aslanov Məhərrəm Şükür oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Aslanova Rəhilə Şahvələd qızını boğaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, M. Aslanov saxlanılaraq istintaqa cəlb edilib.
SON XƏBƏR / KARUSEL
Tarix: 25-09-2021, 17:00