mobil versiya

Oteldə arvadını boğan kişi hakim qarşısında



Sumqayıtda oteldə meyiti tapılan 1997-ci il təvəllüdlü Aişən Məhərrəm qızı Həsənovanı öldürməkdə şübhəli bilinən Orxan Qorxmaz oğlu Həsənovun cinayət işi üzrə istintaq prosesi başa çatıb.

REPORTYOR.AZ “report”a istinadən xəbər verir ki, cinayət işi yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Mirzə Xankişiyevin icraatına verilib.

Qeyd edək ki, yanvarın 17-də saat 7 radələrində Sumqayıt şəhər ərazisində yerləşən otellərin birində 1997-ci il təvəllüdlü Aişən Məhərrəm qızı Həsənovanın meyitinin aşkar edilməsi barədə Sumqayıt şəhər Prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Həsənov Orxan Qorxmaz oğlunun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı yastıqla Aişən Həsənovanı boğaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

SON XƏBƏR / KARUSEL
Tarix: 4-05-2021, 10:40