mobil versiya

30 yaşlı şəxs keçmiş qaynatasını bıçaqlayıb




Göygöl rayonunda bıçaqlanma hadisəsi olub.

REPORTYOR.AZ “report”a istinadən xəbər verir ki, hadisə dekabrın 5-i saat 18 radələrində rayonun Üçtəpə kəndi ərazisində yerləşən “Rəvan market”in yaxınlığında qeydə alınıb.

Belə ki, Rəsul Məsimovla keçmiş kürəkəni, 1991-ci il təvəllüdlü Səxavət Cəfərov arasında mübahisə düşüb. Nəticədə S.Cəfərov keçmiş qaynatasını bıçaqlayıb.

Faktla bağlı Göyügöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi açılıb, S.Cəfərov şübhəli şəxs qismində saxlanılıb.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 6-12-2021, 11:30