mobil versiya

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı




Sabiq Müdafiə naziri Rəhim Qazıyevi döyməkdə şübhəli bilinən keçmiş kürəkəni tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report"a bildirib ki, fevralın 19-da Yasamal rayonu ərazisində R.Qazıyevi döyən keçmiş kürəkəni Ramil Əzizov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

SON XƏBƏR / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 20-02-2020, 16:00