mobil versiya

Yanvarın 1-dən maaşınızdan əlavə pul tutulacaq - MƏBLƏĞ - VİDEO




Ölkə üzrə əhaliyə icbari tibbi sığorta xidməti göstərilir və buna görə vətəndaşların əməkhaqlarından 1 faiz ödəniş tutulur.

REPORTYOR.AZ xəbər verir ki, bu rəqəm gələn ildən 2 faiz təşkil edəcək.

Məsələyə münasibət bildirən millət vəkili Soltan Məmmədov "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində deyib ki, həm işə götürənin, həm də işləyənlərin ödəyəcəyi iki faiz keçən il qeyri-dövlət təşkilatları üçün güzəşt olaraq bir faiz həcmində saxlanılmışdı.

Qeyd edək ki, İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur.
1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqinə başlanılıb. 1 aprel 2021-ci il tarixindən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir.

Xidmətlər Zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar bu xidmətləri əldə edə bilərlər:


Əməkhaqqınızdan və ya gəlirinizdən tutulan icbari tibbi sığorta haqlarının məbləğini hesablamaq üçün bu linkə daxil ola bilərsiniz.



SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 6-12-2021, 11:15