Toyda virus var, şou proqramda yoxdur? - VİDEO
Toy mərasimlərinə qoyulan iştirakçı limiti əyləncə məclislərində və ya şou proqramlı restoranlarda tələb olunmur. Vətəndaşlar bu fikirdədir. Onlar bəzi kütləvi məclislərin təşkilində eyni qaydaların tətbiq olunmamasından gileylənirlər. Bəzi vətəndaşlar pandemiya qaydalarının tətbiqi ilə bağlı ayrı-seçkilik edildiyi qənaətindədirlər.
REPORTYOR.AZ "Xəzər Xəbər"ə istinadən məlumatına görə, restoran inzibatçıları da bu məsələdən şikayətçidirlər.
Bu sahədə çalışan Rəşad Abdullayevin sözlərinə görə, təkcə toya gələn qonaqlara qoyulan limit deyil, həmçinin digər mərasimlərin təşkilinə qoyulan məhdudiyyət də onların işini çətinləşdirib.
İnzibatçılar həmçinin bildirirlər ki, şou proqram və digər əyləncə tədbirlərini də onlar eynilə toy məclislərində tətbiq olunan qaydalar əsasında təşkil edirlər. Bunun isə bir neçə səbəbi var.
Mövzuya münasibət bildirən Daxili İşlər Naziriliyinin şöbə rəisi Elşad Hacıyevin sözlərinə görə, toylara və ya ümumiyyətlə tədbirlərin keçirilməsində gələn qonaqlara tətbiq olunan limit nazirliyin səlahiyyətində deyil.
Qeyd edək ki, hazırda təşkil olunan bütün məclislərə gələn qonaqlar COVID-19 pasportu əsasında zallara buraxılır. Masalar arasında məsafə saxlanılmaqla masa ətrafındakı qonaqların sayı 6 nəfərdən çox olmamalıdır.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 8-12-2021, 11:00