mobil versiya

Bu küçənin sakinləri yoldan istifadə edə bilmir - Su ilə dolu çalalar və palçıq - VİDEO




Abşeron rayonunda yerləşən Digah qəsəbəsindəki küçələrin birində yollar bərbad vəziyyətdədir.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə şikayət daxil olub.

Qəsəbənin E.Abdullayev küçəsinin sakinləri bərbad yoldan təngə gəldiklərini bildiriblər.

Sakinlərin sözlərinə görə, 6 ildir həmin küçədə yaşasalar da normal yoldan istifadə edə bilmirlər.

Qeyd edək ki, günəşli havada toz, yağışlı havada isə palçığa görə keçilməz olan yollar günü-gündən daha da sıradan çıxır. Yağıntılı havada bu cür vəziyyətdən ən çox əziyyət çəkənlər isə məktəblilər olur. Əraziyə çağırılan operativ xidmət maşınları, o cümlədən taksilərin gəlişində də problemlər yaranır.


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 23-12-2021, 14:00