mobil versiya

Bakıda ana və azyaşlı oğlunu avtomobillə vurub öldürən sürücüyə hökm oxundu




Bakıda ana və azyaşlı oğlunu avtomobillə vuraraq ölümlərinə səbəb olmaqda təqsirləndirilən Taleh Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

REPORTYOR.AZ APA-ya istinadən xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, T. Tağıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə aprelin 19-u paytaxtın Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.

Taleh Tağıyevin idarə etdiyi “Ravon” markalı avtomobil Gülnar Yuniszadə, onun oğlu Yusmir Yuniszadə və bacısı Fidan Cəfərzadəni vurub. Nəticədə ana və oğlu ölüb, F.Cəfərzadə isə ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Qəzanı törədən T.Tağıyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 3-01-2022, 17:12