mobil versiya

Qonşusuna qısqandı, arvadının qabırğasını qırdı, sonra isə... – Bakıdakı olayın TƏFƏRRÜATI




Bakının Yasamal rayonunda 1976-cı il təvəllüdlü İntiqam qısqanclıq zəminində arvadı Vəfaya (adlar şərti verilib – red.) xəsarət yetirib.

REPORTYOR.AZ teleqraf.com-a istinadən xəbər verir ki, hadisə ötən il sentyabrın 21-də baş verib. Həmin gün saat 14:00-da İntiqam yaşadığı mənzildə həyat yoldaşı Vəfan ilə onu qısqanması səbəbindən mübahisə edib.

Mübahisə zamanı İntiqam arvadına xəsarət yetirib.

İstintaq orqanı tərəfindən İntiqamın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İntiqam özünü təqsirli bilib. O bildirib ki, Vəfa ilə 2004-cü ildə rəsmi nikaha girib: “Birgə nikahdan iki övladımız var. Sentyabrın 21-də saat 14:00-da birgə yaşadığımız evdə Vəfa qısqanclıq zəminində mənimlə mübahisə etdi. Vəfa yüksək səslə məni qısqındığını dedi, təhqir etdi, üstümə hücum çəkdi. Bundan əsəbləşdim, yumruqla bir dəfə bud nahiyəsinə zərbə vurmaq istədim. Vəfa əyildiyindən zərbə sol böyründən dəydi, o, yerə yıxıldı”.

Zərərçəkmiş şəxs qismində ifadə verən Vəfa da hadisənin qısqanclıq zəminində olduğunu deyib: “Ondan qonşu qadınla nə münasibətinin olmasını soruşdum. İntiqam sualıma cavab vermək əvəzinə əsəbləşdi və aramızda münaqişə yarandı. Bundan sonra yumruqla qabırğalarıma vurdu. Sentyabrın 23-də qabırğalarımda kəskin ağrılar hiss etdim, Respublika Klinik xəstəxanasına müraciət etdim. Rentgen müayinəsindən sonra iki qabırğamın sındığı müəyyən edildi”.

Zərərçəkmiş şəxs ifadəsinin sonunda əri ilə barışdığını, ondan şikayəti olmadığını deyib.

Bu cinayət işinə Yasamal rayon Məhkəməsində baxılıb.

İntiqamın arvadı ilə barışması nəzərə alınıb və cinayət təqibinə xitam verilib.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 5-01-2022, 20:44