mobil versiya

Şamaxıda baxımsız qalan uşaqlarla bağlı YENİ XƏBƏR




Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə qalan azyaşlıların məişət zorakılığı ilə üzləşdiyi müəyyən edildiyindən onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətləri Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək.

Bu barədə Agentliyin mətbuat katibi Murad Həşimov məlumat verib.

O qeyd edib ki, onlar məişət zorakılığından zərərçəkənlərlə bağlı xüsusi şöbədə reabilitasiya prosesi keçəcəklər: "Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyəti tədbirlər görülməsi barədə qərar qəbul ediləcək".


SON XƏBƏR / KARUSEL
Tarix: 17-01-2022, 15:13