mobil versiya

Xərçəng xəstəliyindən sağalan XTQ zabitinə mənzil verildi – FOTO




Vətən Müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı kəşfiyyat bölüyünün komandiri, baş leytenant Qəzənfər Ağayevə mənzil verilib.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat paylaşıb.

“Vətən Müharibəsi qəhrəmanımız Qəzənfər Ağayev də dövlətimiz tərəfindən mənzillə təmin olunanlar siyahısındadır. Yeni mənzilində xoş günlər yaşasın!”, - deyə M.Həşimov vurğulayıb.

Qeyd edək ki, Q.Ağayev müharibədə yaralanmaqla yanaşı, xərçəng xəstəliyindən də əziyyət çəkirdi. O, bir müddət əvvəl YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilmiş, müayinələrin nəticəsinə əsasən, həkimlər tərəfindən ölkəmizdə aparılan müalicənin effektiv nəticə verməsi bildirilmiş, onda xərçəng hüceyrələrinin aşkar edilmədiyi barədə rəy verilmişdi.




MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 21-10-2021, 21:00