Mətanət İsgəndərlinin nəvələri anasına qaytarıldı -VİDEO
Əməkdar artist Mətanət İsgəndərlinin nəvələri anasına qaytarılıb.
BAKU.WS xəbər verir ki, bu gün sənətçinin oğlu Kərimlə keçmiş gəlini arasında məhkəmə prosesi baş tutub.
Hakim uşaqların qəyyumluq hüququnu Cananaya verib. Bu haqda Əməkdar artistin keçmiş gəlini sosial şəbəkə hesabında məlumat verib. O video yayımlayaraq "Sizin dualarınız sayəsində qələbə qazandım" qısa şərhini əlavə edib.
Xatırladaq ki, Kərimlə Canana arasında bir müddət əvvəl də məhkəmə baş tutmuşdu. Həmin vaxt azyaşlı uşaqların qəyyumluq hüququ Mətanət isgəndərliyə verilmişdi.
SON XƏBƏR / KARUSEL
Tarix: 25-01-2022, 19:00