mobil versiya

Gəlinindən danışan Mətanət: "Kərimi şantaj edir, deyir mənə maşın verin" - VİDEO



Əməkdar artist Məntanət İsgəndərli gəlini Canananın onun haqqında söylədiyi ittihamlara cavab verib.

BAKU.WS xəbər verir ki, “Təsir dairəsi” proqramına qonaq olan ifaçı gəlininin ittihamlarının əsassız olduğunu və zərərçəkən tərəfin özü olduğunu bildirib:

“Gəlin sadəcə mənim adımı çəkir. Ancaq Mətanət İsgəndərli... Sən Mətanətdən boşanmamısan ki! Kərimdən boşanmısan. Siz müstəqil ailə idiniz. Kərimi sevəndə onun 21 yaşı var idi. 10 il mənim evimdə qalıb. Mən onu balam kimi saxlamışam.

Atası, anası Rusiyada yaşayırdı. Burada dayının, əminin evində qalmaqdansa, dedim, gəlib bizdə qalsın. 10 il mən ona ana olmuşam. Əgər biz yaxşı insanlar deyildiksə, sən bunu 10 ildə görmədin? Elə şeylər var ki, mən onları deyə bilmirəm. Uşaqlar onda idi. Hazırda bizim yanımızdadır. Biz ona yalvardıq. Dedik, "getmə". O dedi ki, "mən iş qadını olmaq istəyirəm".

Dedim, sakit boşanın. Amma o, dostluq istəmir, Kərimi hədələyir, şantaj edir. Deyir ki, mənə maşın verin. Uşaq istəyən ana, deyərmi ki, mənə ev verin, orada yaşayım? Günahkar axtarırsınız, bütün günahlar məndədir. Ona maşın alıb dəstək olandan, salon açandan sonra dəyişdi. Biz ondan çox razı idik. Necə ki, indi özünü mədəni aparır. Mən onlara gedəndə çox mehriban, mədəni idi".

SON XƏBƏR / KARUSEL
Tarix: 2-11-2021, 11:00