Ermənistan prezidentinin səlahiyyətlərinə rəsmən xitam verilib
Ermənistan prezidenti Armen Sarkisyanın səlahiyyətlərinə rəsmən xitam verilib.
BAKU.WS-in "RİA Novosti"yə istinadən məlumatına görə, qanunverici orqanın saytında bildirilib ki, parlament sədrinin müvafiq protokolu dərc etməsindən sonra bu qərar verilib.
Qeyd edək ki, Ermənistan prezidenti yanvarın 23-də istefa verdiyini bəyan edib. Onun bu qərarı daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə bağlıdır.
Açıqlamaya görə, respublikada növbədənkənar prezident seçkiləri vakant yer açıldıqdan sonra 25-35 gün ərzində keçirilir.
SON XƏBƏR / KARUSEL
Tarix: 1-02-2022, 18:00