mobil versiya

Ermənistanda antikorrupsiya şurasının tərkibində dəyişiklik olub



Ermənistanın baş naziri Nikol Paşinyan Antikorrupsiya siyasəti üzrə şuranın tərkibində dəyişiklik edib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, qərara əsasən, baş nazir aparatının rəhbəri Arsen Torosyan əvvəllər bu vəzifəni tutan Eduard Ağacanyanı əvəz edib. Ədliyyə nazirinin keçmiş müavini Srubi Qalyanı şurada Armen Ovannisyan, Kassasiya Məhkəməsinin keçmiş sədrinin sələfi Lilit Tadevosyan əvəzləyəcək. Müxalifət olan Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyasının üzvü Naira Zoqrabyan ali qanunverici orqanın İnsan hüquqları komissiyası sədrindən azad edildiyi üçün onun yerinə yenisi təyin olunub.

Qeyd edək ki, baş nazir yanında Antikorrupsiya siyasəti üzrə şura 2019-cu ildə təsis olunub.

SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 15-02-2021, 13:25