Baloğlan Əşrəfov bu səbəbdən xəstəxanaya getməyib, oğlu danışdı - VİDEO
Bu dəfə “O üz” proqramının qonağı mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov olub.
REPORTYOR.AZ xəbər verir ki, verilişdə atasının ölümündən danışan Peyman onun xəstəxanaya getməməsinin səbəbindən danışıb:
“Atam deyirdi ki, 70 yaşımı görməyəcəm. Bunu yarızarafat-yarıciddi qəbul etmək istəmirdik, amma müddət keçdikcə görürdük ki, sözlərinin çoxu reallığa çevrilir. Koronavirusa yoluxanda xəstəxanaya getməsi üçün 3-4 dəfə məcbur etmək istədik. Dedi ki, yox, dünyamı dəyişsəm də, el adəti ilə yuyulub, kəfənlənmək istəyirəm”.
Xatırladaq ki, Baloğlan Əşrəfov ötən ilin aprelində evdə müalicə zamanı COVID-19-dan dünyasını dəyişib.
SON XƏBƏR / KARUSEL
Tarix: 8-02-2022, 11:00