mobil versiya

Bakıda qadınla görüşə gələn gənc öldürüldü - ŞOK HADİSƏNİN TƏFƏRRÜATI




Fevralın 13-də gecə saatlarında Bakıda ölümlə nəticələnən dava-dalaşın təfərrüatı məlum olub.

REPORTYOR.AZ "publika.az"-a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Yəhya Quliyevin 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu döyməsi və nəticədə Eynulla İbadovun xəstəxanaya aparılarkən yolda ölməsi mübahisə zəminində baş verib.

Belə ki, Biləcəri qəsəbəsində yaşayan və Vətən Müharibəsi qazisi olan Yəhya Quliyev gecə saatlarında məhəllədə səs-küy yarandığını görüb. Küçəyə çıxdıqda yaxınlıqda yaşayan və yüngül həyat tərzi keçirən qadının yanına gəlmiş şəxslərlə Y.Quliyev arasında mübahisə yaranıb. Az sonra mübahisə münaqişəyə çevrilib.

Yaxınlarının bildirdiyinə görə, Yəhya həmin şəxsləri taxta ilə deyil, yumruqla vurub. Nəticədə, 30 yaşlı Eynulla aldığı xəsarətdən vəfat edib. Z.Həşimlinin isə həyatına təhlükə yaranmayıb.

Qeyd edək ki, Quliyev Yəhya Nuhbala oğlu Vətən Müharibəsində yaralanaraq qazi olub. O, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə iş açılıb, araşdırma aparılır.

Hadisəni törədən şəxs saxlanılıb. Onun fotosunu təqdim edirik.

***09:35

Bakıda 30 yaşlı gəncin ölümü ilə nəticələnən qətl hadisəsi baş verib.

BAKU.WS İTV-yə istinadən xəbər verir ki, mübahisə zamanı 23 yaşlı paytaxt sakini iki nəfəri döyüb. Onlardan biri aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisə 13 fevral gecə saat 02:00 radələrində Biləcəri qəsəbəsində qeydə alınıb. Sabirabad rayon sakini 30 yaşlı Eynulla İbadovla qəsəbə sakini Yəhya Quliyev arasında mübahisə baş verib.

"Qapıdan çıxanda görüb ki, avtomobil dayanıb. Sual verib ki, burada nə üçün dayanıblar. Çünki buna qədər özlərində olmadıqları və kefli olduqları üçün səs-küy salıblar.

Onlar cavab veriblər ki, maşınları xarab olduğu üçün yolda qalıblar. Ardınca onlara təklif edib ki, maşınları xarabdırsa, onlara kömək etsin. Lakin qarşı tərəf deyib ki, "sənin nəyinə lazımdır". Cavab verib ki, onun evinin qarşısında olduqları üçün evə səs-küy gedir. Sonra tərəflər arasında əlbəyaxa dava olub", - deyə saxlanılan şəxsin qohumu olan Elvin Sultanov bildirib.


SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 15-02-2022, 13:00