mobil versiya

Əhaliyə çörək və dərman paylayan Qostomelin icma rəhbəri öldürüldü




Qostomel icmasının rəhbəri Yuri Prilipko öldürülüb.

REPORTYOR.AZ-ın UNİAN agentliyinə istinadən xəbər verir ki, o, bir neçə nəfər köməkçisi ilə birlikdə insanlara çörək və dərman preparatları paylayırmış. Yuri Prilipko köməkçiləri Ruslan Karpenko və İvan Zarya ilə birlikdə güllələnib.

Qeyd edək ki, Prilipkonun öldürülməsi xəbərini ilk dəfə məşhur ukraynalı politoloq Yuri Romanenko martın 3-də vermişdi. O, hadisə şahidlərinə istinadən icma rəhbərinin öz həyətində güllələndiyini bildirirdi. Amma həmin vaxt xəbər öz təsdiqini tapmamışdı. Həmin vaxt Prilipkoya atəş açsalar da o, sağ qala bilmişdi.

Bu dəfə isə Yuri Prilipkonun öldürülməsi xəbəri rəsmi təsdiqini tapıb.

Kamil Əlisoy,
REPORTYOR.AZ

SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 7-03-2022, 11:36