mobil versiya

Qarabağa köç etmək istəyənlərin qarşısında tələblər qoyulub - VİDEO




Artıq bir müddətdir ki, işğaldan azad olunan və mina təhlükəsi olmayan bəzi rayonlara arı təsərrüfatları və qaramalın köçü başlanıb. Ancaq hələlik bu köç kütləvi hal almayıb. Bunun da səbəbləri var.

Şəkidə məskunlaşan laçınlı fermerlər bildirirlər ki, azad edilən ərazilərə qaramal aparılması üçün tələb olunan şərtlər xeyli çətindir. Yəni orta və xırda təsərrüfatları olanlar bu imkanlardan istifadə edə bilmirlər.

Fermerlər problemdən çıxış yolu kimi yaylağa bir neçə təsərrüfatın birləşərək köçməsini təklif edirlər.

Sakinlərin sözlərinə görə, onlardan say limiti ilə yanaşı əlavə işçi qüvvəsi də tələb olunur ki, bu da köçü daha əlçatmaz edir.

Məsələni aydınlaşdırmaq üçün Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov "Xəbər Ertəsi"nə bildirdi ki, hazırda yalnız Kəlbəcər, Qubadlı və Laçından olan fermerlərin həmin rayonlara köçü mümkündür. Bunun üçün də onlar subsidiya almalı və təsərrüfatlarında minimum 40 arı ailəsi olmalıdır. Qaramal köçünə dair tələblər isə dəqiqləşdirirlir. Nazirlik rəsmisi yaxın günlərdə bununla bağlı ətraflı məlumat veriləcəyini bildirdi.

"Xəbər Ertəsi"nin hazırladığı videomaterialı təqdim edirik:


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 3-05-2022, 10:30