mobil versiya

Azərbaycanlı fermerlər mal-qarasını Kəlbəcərdəki yaylağa aparır - VİDEO




Sosial şəbəkələrdə xırda və iribuynuzlu heyvanların işğaldan azad edilmiş Kəlbəcər rayonuna yaylağa aparılması ilə bağlı görüntülər yayılıb.

REPORTYOR.AZ xəbər verir ki, videogörüntülər müzakirələrə səbəb olub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən görüntülərdə yaylağa aparılan mal-qaranın bir qismi dövlətin balansındadır:

“Heyvanların bir hissəsi isə Kəlbəcər rayonundan olan fermerlərə məxsusdur. Həmin şəxslərin sürünü yaylağa aparmaq barədə müvafiq dövlət qurumundan icazələri olduğundan mal-qara, eləcə də, sürünün yanındakı şəxslərin polis və Daxili Qoşunların hərbi qulluqçularının müşayiəti ilə təhlükəsizlik tədbirləri görülməklə qeyd edilən yaylağa aparılması təmin edilib”.


MARAQLI / SON XƏBƏR / KARUSEL / VİDEOXƏBƏR
Tarix: 7-06-2021, 17:50