Pərviz "Survivor"dan getməsindən yazdı
Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev "Survivor all star" yarışmasına vida etməsi haqda yazıb.
REPORYOR.AZ Axşam.az-a istinadən xəbər verir ki, idmançı ayağındakı problemə görə yarışmada davam edə bilmədiyini vurğulayıb:
"İlk dəfə birləşmə ərəfəsində uzaqlaşdırıldığım üçün çox üzülmüşdüm. Bu dəfə hədəflərimə çatacağımı düşünsəm də, ancaq ayağımdakı problemə görə vida etmək məcburiyyətində qaldım. Çünki performansıma çox mane olurdu. Çətin "Survivor" ərəfəsində yaxşı dostlar qazandım. Bir-birimizə dəstək olduq. Çətin ərəfədə bacardığım qədər sevənlərimi qürurlandırmaq istədim. Bacardığıma inanıram. Bunun quymətləndirilməsi isə sizin ixtiyarınızdadır. Məni bu ərəfədə dəstəkləyən hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, Pərviz Dominikanda baş tutan yarışmaya ehtiyatda olan iştirakçı kimi qatılmışdı.
SON XƏBƏR / KARUSEL
Tarix: 20-05-2022, 10:55