mobil versiya

Eduard Məmmədov “Survivor” təklifindən imtina edib



Azərbaycanlı kikboksçu Eduard Məmmədova Türkiyənin məşhur “Survivor” realiti-şousundan təklif gəlib.

REPORTYOR.AZ oxu.az-a istinadən xəbər verir ki, “Ağ Canavar” ləqəbli Eduard Məmmədov təklifdən imtina etdiyini bildirib:

“Dövlət işində çalışdığım üçün şouda iştirak edə bilməyəcəyimi bildirdim. Çünki bir neçə gün Azərbaycandan kənarda qalmaq tələb olunur. Daxili İşlər Nazirliyinin zabitiyəm. İşimlə əlaqədar alınmadığı üçün təklifdən imtina etdim”.

Qeyd edək ki, həmin verilişdən “Kobra” ləqəbli kikboksçu Pərviz Abdullayevə də təklif gəlib və o, hazırda İstanbuldadır. O, şouda iştirakla bağlı danışmağa təşkilatçılar tərəfindən icazə verilmədiyini bildirib. Sabah Pərviz iştirakçılarla birgə yarışın keçiriləcəyi Dominikana yola düşəcək.

Qeyd edək ki, “Survivor”da “Məşhurlar” və “Könüllülər” komandası yarışacaq. “Survivor” cari mövsümdə fevralın 16-da Türkiyənin TV8 telekanalında efirə çıxacaq. Yarışda Ersin Korkut, Uğur Pektaş, Tayqun Ərdoğan, Yasin Obuz, Cemal Can, həmçinin “Qalatasaray”ın sabiq futbolçusu Sərcan Yıldırımın iştirak edəcəyi bəlli olub.

SON XƏBƏR
Tarix: 8-02-2020, 11:15