mobil versiya

Xırdalanda “Gənclər və narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin təşkili” mövzusunda təlim keçirilib





Xırdalan şəhərində Abşeron Rayon İcra Hakimiyyəti və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin birgə təşkilatcılığı ilə Azərbaycan Respublikasının Gənclər Fondu ilə Dövlət Komissiyasının İşçi Qrupu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq GİKM Abşeronda “Gənclər və narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin təşkili” mövzusunda təlim keçirilib.

Təlimdə Masazır və Novxanı kəndlərində fəaliyyət göstərən tam orta məktəblərin idman, həyat bilgisi fənnlərini tədris edən gənc müəllimlər, məktəb psixoloqları, sahə həkimləri, Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak edib. Təlim zamanı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyev və Sumqayıt şəhər Narkoloji dispanserin şöbə müdiri, həkim narkoloqu Vüsal Cabbarov təlim iştirakçılarına narkomaniyanın zərərlərindən, narkomaniya ilə necə mübarizə aparmalı olduğumuzdan danışıb, həmçinin ətrafımızda zərərli vərdişləri olan insanlara necə dəstək və kömək ola biləcəyimizə dair tövsiyələr veriblər.





SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 6-06-2022, 14:14