mobil versiya

Bakıda təhsil alan keçmiş prezidentin qızından ŞOK İDDİA: Atamı keçmiş arvadı öldürtdürə bilər...




Anqolanın keçmiş prezidenti Joze Eduardo duş Santuşun qızı onun öldürülə biləcəyini deyib.

REPORTYOR.AZ  lent.az-a istinadən xəbər verir ki, bu versiyanı yoxlamaq üçün İspaniyada məhkəmə ekspertləri meyiti yarıblar, onun nəticələri hələ məlum deyil.

"Agence France-Presse" xəbər verir ki, Çize duş Santuş bu cəhddə atasının keçmiş həyat yoldaşı Ana Paulanı ittiham edir. Siyasətçinin qızının sözlərinə görə, Ana Paula eks-prezidentin ətrafının "insanları təqib edən" Anqola hökuməti ilə bağlıdır.

Duş Santuşun ailəsi də Anqola hakimiyyətinin təzyiqlərini açıqlayıb - siyasətçinin Barselonada dəfn olunmaq istəyinə baxmayaraq, onu vətənində dəfn etmək istəyirlər.

Joze Eduardo duş Santuş iyulun 8-də ürək tutmasından vəfat edib. O, Anqolanı 38 il idarə edib və 2017-ci ildə vəzifəsini tərk edib.

SON XƏBƏR / DÜNYA
Tarix: 12-07-2022, 17:00