mobil versiya

Vilayət Eyvazov rəisi təqaüdə göndərdi - FOTO




Qobustan Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib.

REPORTYOR.AZ qafqazinfo-ya istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, şöbə rəisi, polis polkovniki Etibar Babayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, E.Babayev 2016-cı ildə sabiq daxili işlər naziri Ramil Usubovun əmri ilə bu vəzifəyə təyinat almışdı. O, daha əvvəl Qəbələ ŞPİ-nin rəis müavini olub. Onun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qohumu olduğu deyilir.



SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 18-07-2022, 17:41